"Turan Tovuz" afrikalı futbolçunu TRANSFER ETDİ

Hazırda oxunan: "Turan Tovuz" afrikalı futbolçunu TRANSFER ETDİ
89142
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Turan Tovuz" növbəti transferini həyata keçirib.

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, Tovuz təmsilçisi Cənubi Afrika Respublikasından olan müdafiəçi Siyanda Xulunu transfer edib. 31 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, peşəkar karyerasına ölkəsinin "Mamelodi Sandaunz" klubunda başlayan futbolçu "Kayzer Çifs", "Maritzburq Yunayted", Rusiyada isə “Rostov”un formasını geyinib. O, son olaraq İsrailin “Hapoel” (Tel Əviv) komandasının şərəfini qoruyub.
Siyanda Xulu Cənubi Afrika Respublikasının əsas millisində 16 oyuna çıxıb və 1 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO