Azərbaycan millisinin toplanışı və oyunları ləğv olundu 

Azərbaycan millisinin toplanışı və oyunları ləğv olundu 

Hazırda oxunan: Azərbaycan millisinin toplanışı və oyunları ləğv olundu 
88015
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı və yoxlama oyunları ləğv olunub. 

Bizim.Media Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, buna səbəb Türkmənistan millisinin Bakıya səfərinin təxirə salınmasıdır. 

Türkmənistan yığma komandası avqustun 10-dan 20-dək Bakıda təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində Azərbaycan millisi ilə avqustun 17-də və 19-da yoldaşlıq oyunları keçirməli idi.

Amma sənədləşmə prosesini vaxtında etmədiyinə və Azərbaycana giriş üçün viza ala bilmədiyinə görə, Türkmənistan millisinin Bakıya səfəri təxirə salınıb.

Buna görə də, Azərbaycan millisinin bu rəqiblə keçirəcəyi oyunlar, eləcə də avqustun 9-dan 20-dək nəzərədə tutulan təlim-məşq toplanışı ləğv olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO