Rus sülhməramlıları Zəngəzurda yeni post yaratdı – Erməni avtomobilləri yoxlanılır

Rus sülhməramlıları Zəngəzurda yeni post yaratdı – Erməni avtomobilləri yoxlanılır

Hazırda oxunan: Rus sülhməramlıları Zəngəzurda yeni post yaratdı – Erməni avtomobilləri yoxlanılır
87526
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rus sülhməramlıları Ermənistanın Zəngəzur (Sünik) rayonunda Meğri-Aqarak yolunda nəzarət-buraxılış məntəqəsi qurublar. Bununla bağlı çəkilən foto Yerevan.today portalında yerləşdirilib.

Bizim.Media nəşrə istinadən xəbər verir ki, sülhməramlılar yola nəzarət edir, bütün avtomobilləri saxlayır, vətəndaşları yoxlayır, yalnız bundan sonra onları buraxırlar.

“Ermənistan hakimiyyəti bu barədə vətəndaşlara əvvəlcədən heç bir izahat verməyib.

Bu, artıq Zəngəzur bölgəsində üçüncü maneədir. Əvvəlki postlar Qafan-Çakaten və Gorus-Qafan yollarında quraşdırılıb. Fərq ondadır ki, əvvəlki iki yola azərbaycanlılar nəzarət edir.

İş bununla bitmir.

Ermənistan hökuməti Noyemberyan şossesi yaxınlığında dolama yol çəkir, çünki məlumatlara görə, bu yol “anklavların geri qaytarılması” proqramı çərçivəsində azərbaycanlılara veriləcək”, - deyə portal yazır.
Xatırladaq ki, söhbət Qazax rayonunun işğalda olan 7 kəndindən gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO