"Rapid" "Neftçi" ilə oyundan öncə xal itirdi

Hazırda oxunan: "Rapid" "Neftçi" ilə oyundan öncə xal itirdi
87410
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan "Rapid" (Vyana) klubu Avstriya Bundesliqasında növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Vyana təmsilçisi III turda Lustenau "Austriya"sını qəbul edib. "Alyants" stadionunda oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Meydan sahiblərindən 21-ci dəqiqədə Qvido Burqştaller, qonaqlardan isə 70-ci dəqiqədə Stefano Surdanoviç fərqləniblər. 57-ci dəqiqədə paytaxt klubundan Ante Bayiç ikinci sarı vərəqəni alaraq. meydandan qovulub.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Rapid" 2-ci pillədə yüksəlib.

Qeyd edək ki, avqustun 11-də Vyanada keçiriləcək "Rapid" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bakıdakı ilk görüş "ağ-qaralar"ın qələbəsi ilə başa çatıb - 2:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO