Filarmoniyada Azərbaycan, Ruminiya musiqilərindən ibarət konsert olub - FOTO

Filarmoniyada Azərbaycan, Ruminiya musiqilərindən ibarət konsert olub - FOTO

Hazırda oxunan: Filarmoniyada Azərbaycan, Ruminiya musiqilərindən ibarət konsert olub - FOTO
80637
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan-Rumuniya ticarət dövriyyəsi 150 milyon dollar təşkil edir. 23 iyun tarixində Bakıda ikitərəfli görüşlərin keçirilməsi ilə başlayan iclasda ciddi müzakirələr aparılacaq və bununla əlaqədar Rumuniyanın bir neçə naziri və dövlət nümayəndələri Bakıya gəlib”. 

Bu sözləri Rumuniya-Azərbaycn diplomatik münasibətlərinin 30 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev səsləndirib. 

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramının rəsmi hissəsində səfir Vasili Soare Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ilk tanıyan məhz Ruminyanın olduğunu vurğulayıb.

Səfir Rumuniya və Azərbaycan xalqlarının zəngin mədəni tarixindən də söhbət açıb. Rumuniya milli musiqisinin banisi Corc Eneskunun Bakıda heykəlinin ucaldığını söyləyən Soare anoloji olaraq Azərbaycanın böyük siyasi xadimi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin Buxarestdə heykəli ucaldılıb.

Sonra tədbirin bədii hissəsi başlayıb. Konsertdə Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev və Rumuniyadan isə Corc Enesku, Corc Diniku və Constantin Silvestri kimi dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.
Qeyd edək ki, Azərbaycan və Rumuniya musiqiçilərinin ifası ilə baş tutan konsertin drijoru Xalq artisti Fəxrəddin Kərimov idi.

Leyla Şah, Bizim.Media

Filarmoniyada Azərbaycan, Ruminiya musiqilərindən ibarət konsert olub - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO