"Almaz" tamaşasına baxa biləcəksiniz - FOTO

Hazırda oxunan: "Almaz" tamaşasına baxa biləcəksiniz - FOTO
7988
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yazıçı-dramaturq Cəfər Cabbarlının “Almaz” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanı sosial şəbəkədəki hesabları vasitəsi ilə onlayn təqdim edəcək.

Bizim.Media "AZƏRTAC"a istinadən xəbər verir ki, ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.

Səhnə əsərinin müəllifi Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Tamaşada Almaz rolunda Əməkdar Artist Məsmə Aslanqızı çıxış edir.

Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO