DİM açıqladı: Doktorant və dissertantlar xarici dildən...

Hazırda oxunan: DİM açıqladı: Doktorant və dissertantlar xarici dildən...

78540

İyunun 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçiriləcək. 

DİM-dən Bizim.Media-ya verilən xəbərə görə, imtahanlarda ümumilikdə 2218 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 1718 nəfər (1672 nəfər ingilis dili, 24 nəfər fransız dili, 22 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 491 nəfər (470 nəfər ingilis dili, 14 nəfər fransız dili, 7 nəfər alman dili) qeydiyyatdan keçib. 9 əcnəbi isə Azərbaycan dili üzrə imtahan verəcək. 

İyunun 12-da keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq.  

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 13-də keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO