Şabran DYP rəisinin rüşvət alması ilə bağlı səs yazısı yayıldı - VİDEO

Şabran DYP rəisinin rüşvət alması ilə bağlı səs yazısı yayıldı - VİDEO

Hazırda oxunan: Şabran DYP rəisinin rüşvət alması ilə bağlı səs yazısı yayıldı - VİDEO
78469
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis baş leytenantı Bəşirli Vasif Bəliyar oğlunun səs yazıları yayılıb. 

Bizim.Media Trend-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə video formatda yayılan səs yazısında yol polisi rəisi Vasif Bəşirli qabaqcadan əlbir olduğu şəxslə birlikdə müxtəlif şəxslərdən rüşvət alaraq onları Şabran rayonunda işə düzəltdiyi iddia olunub. 

Səs yazısında yol polisi rəisi olduğu deyilən şəxs digər şəxsdən tələb edir ki, işə düzəltdiyi şəxslərin hər birindən məcburi halda 400-500 manat alıb ona gətirsin.
Səs yazısında həmin şəxs deyir ki, digər şəxslərdən isə ilk ayının maaşı rüşvət kimi tutularaq ona veriləcək. 

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu məlumatla bağlı araşdırma aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO