Bakı sakininə qarşı 15 minlik dələduzluq edən Mirheydər AXTARIŞA VERİLDİ – ÖZƏL – VİDEO

Bakı sakininə qarşı 15 minlik dələduzluq edən Mirheydər AXTARIŞA VERİLDİ – ÖZƏL – VİDEO

Hazırda oxunan: Bakı sakininə qarşı 15 minlik dələduzluq edən Mirheydər AXTARIŞA VERİLDİ – ÖZƏL – VİDEO
78338
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Bakı sakini Hüseynov Xaqani dələduzluqla üzləşib. O, bu il aprelin 13-də avtomobilini Mirheydər Seyidli adlı şəxsə satsa da, pulu tam məbləğdə ala bilməyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bizim.Media-ya bildirilib ki, Xəqani Hüseynov və qeyrilərinin əmlaklarının dələduzluq yolu ilə ələ keçirilməsi faktları ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

MÖVZU İLƏ BAĞLI:

Bakıda film kimi olay - 15 minə maşın satdı, dolandırıldı - VİDEO


Barəsində cinayət təqibi həyata keçirilən Mirheydər Seyidov istintaqdan gizləndiyi üçün axtarışa elan edilib. Hazırda cinayət işi üzrə M.Seyidovun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, Xaqani Hüseynov hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinə müraciət etdiyini bildirmişdi.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO