Bağçada azyaşlıya qarşı zorakılıq edən aşpaz cəzalandırıldı - VİDEO

Bağçada azyaşlıya qarşı zorakılıq edən aşpaz cəzalandırıldı - VİDEO

Hazırda oxunan: Bağçada azyaşlıya qarşı zorakılıq edən aşpaz cəzalandırıldı - VİDEO

78271

Şamaxıda uşaq bağçasında azyaşlıya qarşı zorakılıq edilib.

Bizim.Media xəbər verir ki, sosial şəbəkədə Şamaxı şəhər 3 saylı uşaq bağçasının aşpazının ad günü münasibətilə təşkil olunan mərasimdə tort kəsilərkən uşağın saçından dartması barədə video görüntülər yayılıb.

Araşdırmalar zamanı məlum olub ki, bağçanın aşpazı Balkiyeva Sevinc Balağa qızı 2017-ci il təvəllüdlü qızın saçından tutaraq dartıb. Bu isə bağçada azyaşlıya qarşı zorakılıq kimi qiymətləndirilib.

Dağlıq Şirvan Regional Təhsil İdarəsi Şamaxıda uşaq bağçasında azyaşlıya zorakılıq göstərilməsi məsələsinə münasibət bildirib.

Belə ki, idarənin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Anar Osmanov məsələ ilə bağlı APA-ya açıqlamasında deyib ki, hadisə iyunun 2-də baş verib:

“Bağça rəhbərliyi məsələ ilə bağlı tədbir görüb. Aşpaz Sevinc Balkiyeva barəsində intizam tənbeh tədbiri görülüb. Hazırda isə Dağlıq Şirvan Regional Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra ətraflı məlumat veriləcək".

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO