Zamiq bu yaya damğa vuracaq - Mahnı, klip, fotosessiyasını təqdim etdi - VİDEO

Zamiq bu yaya damğa vuracaq - Mahnı, klip, fotosessiyasını təqdim etdi - VİDEO

Hazırda oxunan: Zamiq bu yaya damğa vuracaq - Mahnı, klip, fotosessiyasını təqdim etdi - VİDEO

77266

Müğənni Zamiq Hüseynov yay mövsümünə yeni mahnısı və klipi ilə damğa vurub.

Bizim.Media xəbər verir ki, keyfiyyətli layihələrə imza atan sənətçi "Gözlərində" adlı yeni mahnı və ona çəkdirdiyi klipini rəsmi "YouTube" kanalında təqdim edib.

Bəstənin müəllif hüququ OGB-yə məxsusdur.

Emin Muradovun rejissorluğu ilə ərsəyə gələn ekran işində, Zamiq biri-birindən göz oxşayan geyimləri ilə diqqət çəkib. 

Saç və vizaj üzərində isə peşəkar stilist Elnur Həsənov çalışıb. 

Bundan əlavə, Z.Hüseynov retro tərzdə tanınmış fotoqraf Niko Abbasovun obyektivinin qarşısına keçib. 

Pop müğənni yeni fotosessiyasını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Rəşad Əliyev, Bizim.Media
 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO