“Erməni vəhşiliklərindən dəhşətə gəldik” - Gürcüstan müsəlman din xadimləri - FOTO

Hazırda oxunan: “Erməni vəhşiliklərindən dəhşətə gəldik” - Gürcüstan müsəlman din xadimləri - FOTO

75729

Gürcüstanın müsəlman din xadimləri Qarabağdan sonra Gəncə şəhərinə səfərə gəliblər.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndələri Gəncədə ermənilərin 44 günlük müharibə zamanı raket zərbələri nəticəsində dağıtdıqları binanı ziyarət ediblər.  

Qonaqlara məlumat verilib ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib.  
Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.  

Erməni vəhşiliklərini gözləri ilə görən Gürcüstanın Müsəlman Din Xadimləri burada gördükləri mənzərədən dəhşətə gəldiklərini qeyd ediblər.  

Sonda həmin ərazidə və ümumilikdə Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxunub.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO