Gəlinin hədiyyəsi Nadirin həyat yoldaşını təəccübləndirdi: "Yıxılan evin dirəyi" - FOTO/VİDEO

Hazırda oxunan: Gəlinin hədiyyəsi Nadirin həyat yoldaşını təəccübləndirdi: "Yıxılan evin dirəyi" - FOTO/VİDEO

75659

Müğənni Nadir Qafarzadə həyat yoldaşı Sevinc xanımla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi növbəti yaşına qədəm qoyan xanımı ilə çəkdirdiyi fotoları yayımlayaraq, onu təbrik yağışına qərq edib. 

Qafarzadə paylaşdığı şəkilə "Xoş gəlmisən bu dunyaya. Doğum günün mübarək. Mənim üçün yaradıb. Yaradan səni. 29 illik dostum, sirdaşım, həyat yoldaşım" şərh yazıb. 

Nadirin həyat yoldaşı Sevinc xanım ən böyük hədiyyəni isə gəlini Əntiqədən alıb.

O, qaynanası ilə qaynatasının birlikdə foto şəklində həkk olunan xalça hədiyyə edib. Bu hədiyyəni görən Nadirlə Sevinc təəccüblərini gizlədə bilməyiblər. Qafarzadə gəlininin ünvanına "Yıxılan evin dirəyi" sözlərini deyib.

Qeyd edək ki, N.Qafarzadənin övladı ötən ilin dekabr ayında ailə qurub.

Rəşad Əliyev, Bizim.Media

 

 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO