İrəvanda ukraynalı qaçqınlar təhdid olundu:

İrəvanda ukraynalı qaçqınlar təhdid olundu: "Siz faşizmi təbliğ edirsiniz" - VİDEO

Hazırda oxunan: İrəvanda ukraynalı qaçqınlar təhdid olundu: "Siz faşizmi təbliğ edirsiniz" - VİDEO
73389
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanda revanşist qüvvələrin hökumətə qarşı aksiyaları davam edir.

Bizim.Media xəbər verir ki, mayın 2-dən başlayan mitinqlərdə hökumətin istefası, Qarabağ və Azərbaycanla sülh danışıqları kimi məsələlərlə qarşı çıxışlarla yanaşı millətçi qüvvələr tərəfindən radikal çağırışlar da edilir.

Belə ki, mitinq zamanı lentə alınmış görüntülərdən birində çıxış edən etirazçılar ukraynalı qaçqınlara qarşı da sərt fikirlər səsləndiriblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Müxalifət yenidən İrəvanda küçələri bağlamağa başladı - VİDEO


O, ukraynalıları faşizm təbliğatı aparmaqda ittiham edərək, Ermənistana pənah gətirmiş qaçqınlara xəbərdarlıq edib: 

“Ukrayna Ermənistana qarşı düşmən siyasəti aparır. Siz qaçdınız, vətəninizi tərk etdiniz, bura gəldiniz ki, Ermənistan sizləri qəbul etsin. Və heç kim sizi buradan qovmur, amma biz düşmən faşist dövlətinin qüvvələrinin simvollarının əleyhinəyik.

Əgər siz bu simvolları qaldırmağa davam etsəniz, o zaman biz bunu hər bir erməninin şəxsi təhqiri kimi qəbul edəcəyik.

Ölkəmizdə əmin-amanlıq içində yaşamaq istəmirsinizsə, bizdə də rahat yaşamazsınız. Evimizə gəlirsənsə, adət-ənənələrimizə hörmətlə yanaşmalısız”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO