Bu günlərdə Rusiya prezdenti Vladimir Putinin tanınmış gimnast Alina Kabayevadan övladı dünyaya gəlib.
Moderator.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, Putin xəstələnəndən bir neçə gün öncə İsveçrənin Tiçino kantonunun sakinlərinin verdiyi məlumata görə, Rusiyanın tanınmış gimnastı, Dumanın sabiq deputatı Alina Kabayeva Müqəddəs Anna klinikasına doğum üçün daxil olub.
Qeyd edək ki, A. Kabayevanın V. Putinlə olan sevgi romanı haqında xeyli yazılıb. Mətbuatın yazdığına görə, A. Kabayeva Putindən olan övladını dünyaya gətirmək üçün bura gəlib. Onu da əlavə edək ki, indiyədək A. Kabayevanın iki övladı olması barədə məlumatlar mətbuatda yer alıb.
İsveçrə mətbuatının yazdığına görə, Müqəddəs Anna klinikası öz ginekoloji xidmətinə görə məhşur klinikalardan biri hesab olunur və bura Rusiyadan olan xeyli sayda imkanlı şəxslər gəlir. Onlar ya burada müalicə olunurlar, ya da dünyaya uşaq gətirirlər. Hələ ki, A.Kabayevanın dünyaya növbəti övlad gətirməsi ilə bağlı faktı tam dəqiqləşdirmək mümkün olmayıb. 31 yaşlı rusiyalı gimnast belə bir faktı hələ ki, təsdiq etmir.
































































































