Mingəçevir sakini Şəkidə qohumunun evini qarət etdi - FOTO

Mingəçevir sakini Şəkidə qohumunun evini qarət etdi - FOTO

Hazırda oxunan: Mingəçevir sakini Şəkidə qohumunun evini qarət etdi - FOTO
68376
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəkidə yaşayış evindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, Şəki Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən yaşadığı ünvandan ona məxsus planşet, telefon, fotoaparat, bank kartları və içərisində pul olan pulqabının oğurlandığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

"AA"seriyalı avtomobili qarət edən şəxs saxlanıldı - FOTO


Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin ev sahibinin qohumu, əvvəllər də oğurluğa görə məhkum edilmiş Mingəçevir şəhər sakini İsmayıl Tahirov olduğu müəyyənləşib. O, şübhəli şəxs qismində saxlanılıb. 

İ.Tahirov törətdiyi əməlini etiraf edib, oğurladığı bank kartları və əşyalardan bir neçəsi ondan maddi sübut kimi götürülüb.

Aparılan istintaq zamanı məlum olub ki, həmin şəxs evdə heç kimin olmamasından istifadə edərək ora daxil olub və oğurluğu etdikdən sonra Bakı şəhərinə gedib.

Oğurladıqlarının bəzilərini paytaxtda dəyərindən ucuz qiymətə satıb.

Faktla bağlı cinayət işi başlanılıb və İ.Tahirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

Mingəçevir sakini Şəkidə qohumunun evini qarət etdi - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO