İTV Lider TV-nin avadanlıqlarını satın aldı - 838,6 min manat ödəniləcək

İTV Lider TV-nin avadanlıqlarını satın aldı - 838,6 min manat ödəniləcək

Hazırda oxunan: İTV Lider TV-nin avadanlıqlarını satın aldı - 838,6 min manat ödəniləcək
68301
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İctimai Televiziya və Radio Yayımlari Şirkəti (İTV) əsas vəsaitlərin, aktivlərin və studiyanın satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Bizim.Media dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi ləğv prosesində olan "Lider TV və Radio Azərbaycan" MMC-dir.

Qalib şirkətə 838,6 min manat ödəniləcək. 

Xatırladaq ki, Bakı Kommersiya Məhkəməsinin ötən ilin may ayında qəbul etdiyi qərarla müflis elan edilmiş “Lider TV və Radio-Azərbaycan”a əmlak inzibatçısı təyin edilib.
Bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasovdur. Belə ki, bağlanmış teleradio şirkəti "Teleqüllə"yə borclu olduğundan onun əmlakını da "Teleqüllə"nin rəhbəri satır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO