Qohumunun evindən bank kartlarını oğurlayan şəxs TUTULDU

Qohumunun evindən bank kartlarını oğurlayan şəxs TUTULDU

Hazırda oxunan: Qohumunun evindən bank kartlarını oğurlayan şəxs TUTULDU
68281
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəkidə qohumunun evindən bank kartlarını oğurlayan şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən yaşadığı ünvandan ona məxsus planşet, telefon, fotoaparat, bank kartları və içərisində pul olan pulqabının oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin ev sahibinin qohumu, əvvəllər də oğurluğa görə məhkum edilmiş Mingəçevir şəhər sakini İsmayıl Tahirov şübhəli şəxs qismində saxlanılıb.

O, törətdiyi əməlini etiraf edib, oğurladığı bank kartları və əşyalardan bir neçəsi ondan maddi sübut kimi götürülüb.

Aparılan istintaq zamanı məlum olub ki, həmin şəxs evdə heç kimin olmamasından istifadə edərək ora daxil olub və oğurluğu etdikdən sonra Bakı şəhərinə gedib. Oğurladıqlarının bəzilərini paytaxtda dəyərindən ucuz qiymətə sataraq əldə etdiyi pulu xərcləyib.
Faktla bağlı cinayət işi başlanılıb və İsmayıl Tahirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO