“Bakıda parklanmanın qiyməti 20 qəpikdən başlamalıdır...” – Ekspertdən TƏKLİF 

“Bakıda parklanmanın qiyməti 20 qəpikdən başlamalıdır...” – Ekspertdən TƏKLİF 

Hazırda oxunan: “Bakıda parklanmanın qiyməti 20 qəpikdən başlamalıdır...” – Ekspertdən TƏKLİF 
67309
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yerindən asılı olaraq parklanmanın qiyməti 20 qəpik -1 manat arasında dəyişməlidir”.

Bunu Bizim.Media-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakıda mövcud olan 15 min parklanma yeri üçün hansı qiymət tarifinin məqbul olduğu barədə sualı cavablandırarkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

15 min parklanma üçün TARİFLƏR nə vaxt TƏSDİQLƏNƏCƏK? 


“Bütün təcrübələr göstərir ki, şəhərlərdə qiymətlər fərqli olur. Şəhərin mərkəzilə müqayisədə kənarlarda qiymət daha ucuz olur. Ona görə də parklanma tarifləri müəyyənləşərkən bu amil nəzərə alınmalıdır.

Belədə, şəhərin mərkəzində parklanmanın bir saatı yuxarı hədd üzrə ortalama 1 manatdan, kənarda isə aşağı hədd olaraq 20 qəpik civarında müəyyənləşməlidir. Həmin obyektlərin ətrafında yaşayan sakinlər üçün isə qiymətlər pulsuz olmalıdır”. 

Həmsöhbətimiz bir sıra strateji onyektlər qarşısında parklanmaların yaradılmasını isə yolverilməz hesab edir:

“Heç də ucdantutma bütün küçə və prospektlərdə parklanma pullu olmamalıdır. Xəstəxana, hərbi komisarlıq, polis idarələri qarşısında isə parklanmalar yaradılmamalıdır. Ümumiyətlə, insanları parkinqə görə sıxmaq olmaz”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO