Masallıda zavodun işçilərini aparan mikroavtobus

Masallıda zavodun işçilərini aparan mikroavtobus "VAZ"la toqquşdu - YARALILAR VAR

Hazırda oxunan: Masallıda zavodun işçilərini aparan mikroavtobus "VAZ"la toqquşdu - YARALILAR VAR

66830

Masallıda mikroavtobusu  ilə  minik avtomobili toqquşub, yaralılar var. 

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Qarğalıq kəndi ərazisində baş verib. 

Masallının Seybətin ərazisindəki kərpic zavodundan işçilərini evə aparan mikroavtobus "VAZ" markalı avtomobillə toqquşub. 

Mikroavtobusda olan Qədirli kənd sakinləri, 1971-ci il təvəllüdlü Salayeva İlhamə Malik qızı, 1977-ci il təvəllüdlü Camalova Südabə Frut qızı və 1980-ci il təvəllüdlü İslamova Günel Beytulla qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 


Yaralılar təcili Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO