Diplomatik korpusun nümayəndələri Xankəndi tikiş fabrikində - FOTO/VİDEO

Diplomatik korpusun nümayəndələri Xankəndi tikiş fabrikində - FOTO/VİDEO

Hazırda oxunan: Diplomatik korpusun nümayəndələri Xankəndi tikiş fabrikində - FOTO/VİDEO

636087

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri sentyabrın 11-də Xankəndi tikiş fabrikində olublar.

Bizim.Media xəbər verir ki, diplomatlara müəssisə barədə ətraflı məlumat verilib.
 

Qeyd olunub ki, Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə Prezidentlərinin tapşırıqları əsasında həyata keçirilib.


Azərbaycan-Özbəkistan birgə müəssisəsi ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, iki ölkə arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.

Layihənin ilkin investisiya dəyəri 6 milyon manatdır. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir.

Müəssisə yerli, eləcə də, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO