
- A-
- A
- A+
Şəmkirdə xəstəxananın dam örtükləri oğurlandı
Şəmkirdə xəstəxanadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon Mərkəzi Xəstəxanasının binalarının birindən ümumi dəyəri 4700 manat olan dam örtüklərini oğurlamaqda şübhəli bilinən rayon sakinləri Qəşəm Hacıyev və Yusif Yunusov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək oğruladıqları dam örtüklərini satdıqlarını bildiriblər.
Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































