“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı – SƏRƏNCAM

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı – SƏRƏNCAM

Hazırda oxunan: “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı – SƏRƏNCAM
643486
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, Sərəncamla Azıx və Tağlar mağara düşərgələrinin ərazisi "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu elan edilib.
 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində Qoruğun əsasnaməsini təsdiq etməli, Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyən etməli, Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Qoruğun idarə olunmasını təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO