Bu günlərdə İçərişəhərə gələnləri nələr gözləyir? – RƏSMİ

Bu günlərdə İçərişəhərə gələnləri nələr gözləyir? – RƏSMİ

Hazırda oxunan: Bu günlərdə İçərişəhərə gələnləri nələr gözləyir? – RƏSMİ
643077
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İçərişəhərdə keçirilən kələğayı yürüşü ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Bu cür tədbirlər Azərbaycanın zəngin mədəni irsinin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bakının tarixi simasını özündə yaşadan, paytaxtımızın keçmişi ilə bu gününü birləşdirən İçərişəhər qədim memarlığı, tarixi abidələri, hər şeydən əvvəl özünəməxsus atmosferi, ruhu ilə həmişə həm yerli sakinlər üçün, həm də xarici qonaqlar üçün böyük maraq doğurur.

Bu baxımdan, burada milli mədəniyyətimizi, folklorumuzu və ənənələrimizi əks etdirən tədbirlərin keçirilməsi vacibdir.

Bəs milli-mənəvi dəyərlərin yaşadılması, turistlərə tanıdılması istiqamətində yaxın günlərdə daha hansı maraqlı tədbirlər gözlənilir?

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sözügedən məkanda mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir. Belə təşəbbüslər həm şəhər sakinlərinin mədəni tədbirlərə marağını artırır, həm də turistlər üçün Bakını daha cəlbedici edir.
 

“Mütəmadi olaraq ictimaiyyətin marağı fonunda milli bayramlar, tematik yürüşlər, sərgilər, ustad dərsləri, folklor proqramları təşkil olunur. Bununla bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İnstagram səhifəsində keçiriləcək tədbirlərin öncədən elanı verilir. Maraqlananlar tədbirlər haqqında məlumatları oradan əldə edib iştirak edirlər”.


Həmçinin diqqətə çatdırıldı ki, bu gün açılan “Timepavilion” keçmişə səyahət konsepsiyası əsasında yaradılmış Azərbaycanın ilk immersiv muzeyidir. Bundan əlavə, noyabrın 6-da təşkil olunacaq “İrs naminə yarat” memarlıq müsabiqəsi insanların marağını cəlb edəcək tədbirlərdəndir.

Eyni zamanda, İçərişəhərdə keçirilən tədbirlər təkcə milli-mənəvi dəyərlərimiz və tariximizlə məhdudlaşmır, bu günümüz, dost ölkələrlə əməkdaşlığımız da nəzərə alınır. Məsələn, oktyabrın 23-24-də keçirələcək Koreya günləri buna əyani sübutdur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO