"Ukraynada itkin düşənlərin problemi geniş miqyas alıb" – Yuşenkodan dünyaya MESAJ

"Ukraynada itkin düşənlərin problemi geniş miqyas alıb" – Yuşenkodan dünyaya MESAJ

Hazırda oxunan: "Ukraynada itkin düşənlərin problemi geniş miqyas alıb" – Yuşenkodan dünyaya MESAJ
640861
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Ukraynada davam edən münaqişə nəticəsində itkin düşənlər problemi geniş miqyas almış və vətəndaşların müxtəlif kateqoriyalarını əhatə edir".

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.

"Söhbət itkin düşənlərdən, cəbhə xəttində həlak olmuş və cəsədləri Ukrayna tərəfinə təhvil verilməmiş insanlardan, aparılmış və deportasiya edilmiş uşaqlardan və bir çox digər kateqoriyalardan gedir", - V. Yuşenko deyib.

O qeyd edib ki, Ukrayna eyni vaxtda itkin düşənlərin axtarışı, hərbi əsirlərin və aparılmış uşaqların qaytarılması məsələlərini həll etmək zərurəti ilə üzləşib.

Döyüş əməliyyatlarının miqyasından danışarkən keçmiş prezident bildirib ki, cəbhə xəttinin uzunluğu təxminən 2,3 min km təşkil edir, ayrı-ayrı sahələrdə isə döyüş əməliyyatları zonasının dərinliyi 60-70 km-ə çatır. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO