
- A-
- A
- A+
Millətlər Liqası: Portuqaliya 1/4 finalına vəsiqə qazandı - VİDEO
Portuqaliya millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin dördüncü turunda Norveçi 2:1 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqəni təmin edib.
Bizim.Media xəbər verir ki, Portuqaliya yığmasının heyətində qolları Joao Kanselo (38-ci dəqiqə) və Qonsalo Ramos (79) vurub. Norveçin yeganə qoluna isə Kristoffer Ayer (36) imza atıb. Portuqaliyalı Fransisku Konseysao 86-cı dəqiqədə meydandan qovulub.
Bu qələbədən sonra 12 xala çatan Portuqaliya 4-cü qrupda liderliyini qoruyub və dörddəbir finala yüksələn ilk komanda olub. Norveç 3 xalla sonuncu pillədədir. Danimarka 6 xalla ikinci, Uels isə 3 xalla üçüncü yerdə qərarlaşıb.
Növbəti turda Portuqaliya noyabrın 14-də Danimarkanı qəbul edəcək. Eyni gün Norveç Uelslə qarşılaşacaq.
Qeyd edək ki, Elit Divizionun hər qrupunda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































