Zelenski 10-dan çox sui-qəsd cəhdindən sağ çıxıb, bütün təxribatçılar öldürülüb

Zelenski 10-dan çox sui-qəsd cəhdindən sağ çıxıb, bütün təxribatçılar öldürülüb

Hazırda oxunan: Zelenski 10-dan çox sui-qəsd cəhdindən sağ çıxıb, bütün təxribatçılar öldürülüb
63887
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Ukraynaya qarşı müharibə başlayandan bəri Ukrayna prezidenti Volodimir Zelenskiyə ondan çox sui-qəsd cəhdi edilib. Lakin bütün təxribatçılar yaxınlaşan zaman məhv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Ukrainskaya Pravda” nəşrinə müsahibəsində danışıb.

“Xarici tərəfdaşlarımız iki və ya üç cəhddən danışırlar. Hesab edirəm ki, ondan çox belə cəhdlər olub. Çünki bizdə daim operativ məlumat var ki, hökumət məhəlləsinə daxil olmaq istəyən bəzi qüvvələr olub”, - deyə o, qeyd edib.

Onun sözlərinə görə, bütün təxribat və kəşfiyyat qrupları yaxınlaşanda məhv edilib. Təhlükəsizlik baxımından o, digər təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, keçən həftə “The Times” Zelenskinin ən azı üç sui-qəsd cəhdindən sağ çıxdığını və onu məhv etmək üçün “Vaqner” və Çeçenistan xüsusi təyinatlılarının muzdlularının göndərildiyini yazmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO