Sarayda təhlükə: İşıq dirəkləri aşıb, küçə qaranlığa qərq oldu - VİDEO

Sarayda təhlükə: İşıq dirəkləri aşıb, küçə qaranlığa qərq oldu - VİDEO

Hazırda oxunan: Sarayda təhlükə: İşıq dirəkləri aşıb, küçə qaranlığa qərq oldu - VİDEO
623742
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonu, Saray qəsəbəsi, İlqar Abdullayev küçəsində yaşayan sakinlər təhlükəli vəziyyətlə üz-üzə qalıblar.

Bizim.Media xəbər verir ki, oxu.az-a müraciət edən sakinlərin sözlərinə görə, küçədə bir neçə işıq dirəyi aşıb.

İşıq dirəklərinin deformasiyaya uğradığı qeyd olunub. Sakinlər bildiriblər ki, küçənin işıqlandırmasında problem var. Avtomobillərin yalnız öz faralarının işığında hərəkət etdiyi görünür.

Müraciətdə daha bir problemə diqqət çəkilib. İddia olunub ki, yolun kənarında satış məqsədilə düzülən ağac tingləri piyadaların hərəkətini məhdudlaşdırır.

Sakinlər qeyd ediblər ki, mövcud vəziyyət həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır və aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını xahiş ediblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO