Xanəndə Pərviz Qasımov dünya çempionu oldu – FOTO

Xanəndə Pərviz Qasımov dünya çempionu oldu – FOTO

Hazırda oxunan: Xanəndə Pərviz Qasımov dünya çempionu oldu – FOTO
623487
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın tanınmış muğam ifaçısı, eyni zamanda peşəkar bodibildinq idmançısı Pərviz Qasımov Portuqaliyada keçirilən bodibildinq üzrə Dünya Çempionatında ən yüksək nəticəyə imza atıb.

Bizim.Media “Musavat.com”a istinadla xəbər verir ki, Pərviz Qasımov yarışın mütləq qalibi adına layiq görülərək dünya çempionu olub.

O, həmçinin dünyanın ən ağır çəki dərəcəsində peşəkar idmançı statusunu təsdiqləyən Pro Card əldə edib.

Qasımov bildirib ki, bu uğurun Azərbaycanın Portuqaliyada yeni səfirliyinin açıldığı günlərə təsadüf etməsi onun üçün xüsusi əhəmiyyət daşıyır.

"Yaşasın Azərbaycan, yaşasın Azərbaycan idmanı! Cənab Prezidentə biz idmançılara göstərdiyi daimi diqqət və qayğıya görə təşəkkür edirəm. O, hər zaman bizə dəstəyini və səmimiyyətini əsirgəməyib", - deyə dünya çempionu vurğulayıb.

Qeyd edək ki, Pərviz Qasımov Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qaliblərindəndir.

Xanəndə Pərviz Qasımov dünya çempionu oldu – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO