Ağdam “Çay evi”nin bərpasına 1 milyon manat lazımdır – ÖZƏL

Ağdam “Çay evi”nin bərpasına 1 milyon manat lazımdır – ÖZƏL

Hazırda oxunan: Ağdam “Çay evi”nin bərpasına 1 milyon manat lazımdır – ÖZƏL
6216
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdamdakı “Çay evi”nin bərpası üçün 1 milyon manata yaxın vəsait lazım olacaq.

Bunu Bizim.Media-ya açıqlamasında Ağdam “Çay evi”nin memarı Naiq Səmədov bildirib. 

Memar deyir ki, 35 il öncə “Çay evi” necə inşa olunmuşdursa, yenə də o görkəmdə tikiləcək:

“Rəsmi olmasa da Ağdam Rayon İcra Hakimiyyətində işgüzar görüşdə olmuşam. Mənə təklif olundu ki, “Çay evi”ni yenidən inşa edim. Mən də öz müsbət rəyimi verdim, olduğu kimi bərpa edəcəyəm. Ağdama gələn insanlar bu rayonu qoyub getdikləri kimi xatırlamalıdırlar. Yenə də dəmir konstruksiyadan tikiləcək, 3 mərtəbədən ibarət olacaq. Bu iş hardasa 1 ildən sonra baş tuta bilər. 

Memarın başqa bir təklifi də var:

“Çay evi” ilə yanaşı rayonun baş planı hazırlananda bəzi binalar olduğu kimi inşa olunsun. Məsələn çörək zavodu, icranın binası, dram teatrı əvvəlki kimi bərpa olunsun ki, ağdamlılar əvvəlki rayonu xatırlasınlar”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO