MDB Baş katibindən Ermənistana SƏRT MESAJ

MDB Baş katibindən Ermənistana SƏRT MESAJ

Hazırda oxunan: MDB Baş katibindən Ermənistana SƏRT MESAJ
616039
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın Avropa İttifaqı (Aİ), yoxsa Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməsi məsələsi prinsipial xarakter daşıyır.

Bizim.Media xəbər verir ki, bu barədə "Vesti"yə müsahibəsində MDB-nin Baş katibi Sergey Lebedev bəyan edib.

S.Lebedevin sözlərinə görə, bu mövzu tərəfdaşlar arasında xoşniyyətli, lakin kifayət qədər prinsipial şəkildə müzakirə olunacaq. Baş katib vurğulayıb ki, Aİ-yə üzvlük prosesi illərlə çəkən çox uzun bir hekayə olduğu halda, AVROAİİ hazırda Ermənistan üçün rədd edilməsi qeyri-mümkün olan real bir iqtisadi platformadır.
 

Ermənistan rəhbərliyinin də bu reallığı dərk etdiyini bildirən Lebedev, baş nazir Nikol Paşinyan daxil olmaqla, bir çox erməni rəsmisinin ittifaqla əlaqələri kəsmək niyyətində olmadıqlarını artıq bəyan etdiklərini xatırladıb.


O, Ermənistanın Aİİ ilə əməkdaşlığının davam edəcəyini, rəsmi İrəvanın Aİ ilə münasibətlərinin gələcək taleyinin isə zamanla bəlli olacağını əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO