
- A-
- A
- A+
Multimedia
09:28 / 04.05.2026
1 dəq oxunma
Ukrayna dronu Moskvada çoxmərtəbəli binaya çırpıldı - VİDEO
Hazırda oxunan: Ukrayna dronu Moskvada çoxmərtəbəli binaya çırpıldı - VİDEO
610998
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Moskvada Ukraynaya məxsus pilotsuz uçuş aparatı çoxmərtəbəli binaya çırpılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.
Onun sözlərinə görə, hadisə Moskvanın qərbində, Mosfilmovskaya küçəsi rayonunda baş verib.
“İlkin məlumata görə, pilotsuz uçuş aparatı Mosfilmovskaya küçəsi rayonunda binaya çırpılıb. Xəsarət alan yoxdur”, - deyə Sobyanin bildirib.
O, Moskvaya doğru uçan daha iki pilotsuz uçuş aparatının da zərərsizləşdirildiyini açıqlayıb.
Hadisədən sonra ərazidə təcili xidmətlər, polis və kommunal xidmət əməkdaşları işləyib. Bəzi məlumatlara görə, Moskvanın Vnukovo və Domodedovo hava limanlarında da müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































