Ukraynada canlı yayımda deputatla jurnalist dalaşdı - FOTO/VİDEO

Ukraynada canlı yayımda deputatla jurnalist dalaşdı - FOTO/VİDEO

Hazırda oxunan: Ukraynada canlı yayımda deputatla jurnalist dalaşdı - FOTO/VİDEO
0:00
0:00
60990
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünən “Ukrayna 24” telekanalının efirində Ali Radanın deputatı Nestor Şufriçlə jurnalist Yuri Butusov arasında dava olub.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Müxalifət Platforması - Həyat naminə” partiyasından olan Radanın üzvü İlya Kiva öz Telegram kanalında yazıb.

"Bu, rusdilli ukraynalılara qarşı zorakılığın reklamı, təbliği və qanuniləşdirilməsi üçün əvvəlcədən hərəkətə keçmək üçün yaxşı planlaşdırılmış və hazırlanmış siqnaldır", - deputat hesab edir.

Onun fikrincə, “Savik Şusterin söz azadlığı” tok-şousu reytinq platformasına çevrilib. Burada Poroşenko, Yatsenyuk, Butusov və başqalarının səkkiz ildir ki, müharibədən pul qazandığı qabardılır.

Deputat əmindir ki, siyasətçilərin iştirakı ilə belə səhnələrin nümayişi ukraynalıları aqressiyaya sövq edə bilər.

"Belə çıxır ki, onları (rusdilliləri) döymək, boğmaq olar. Bunun üçün heç kimə heç nə olmayacaq. Qırğın və soyqırım hazırlanır", - Kiva yekunlaşdırıb.

Veriliş zamanı opponentlər arasında sözlü atışma yaranıb və davaya çevrilib.

Onları studiyada qonaqlar - keçmiş prezident Petro Poroşenko, keçmiş baş nazir Arseni Yatsenyuk, Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksiy Danilyuk və Milli Korpus partiyasının lideri Andrey Biletski ayırıblar.

Bizim.Media

 

 

Ukraynada canlı yayımda deputatla jurnalist dalaşdı - FOTO/VİDEO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO