Toya hazırlaşırdı: yoxlanıldı, işdən çıxarıldı - Toy təxirə salınır?

Toya hazırlaşırdı: yoxlanıldı, işdən çıxarıldı - Toy təxirə salınır?

Hazırda oxunan: Toya hazırlaşırdı: yoxlanıldı, işdən çıxarıldı - Toy təxirə salınır?
607594
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Speys TV-də (Space TV) başlayan yoxlama kanalın baş direktoru, keçmiş KVN-çi Vado Korovinin vəzifədən uzaqlaşdırılması ilə davam etdi.

Bizim.Media “bakupost.az”a istinadla xəbər verir ki, V.Korovinin baş direktorluqdan uzaqlaşdırılması hələ son deyil.

Kanal əməkdaşlarının ötən ayın maaşını almadığı bildirilir. Gərginlik isə kanalda maliyyə çətinlikləri ilə bağlıdır.
 

Bu gün yayılan növbəti iddiada isə Speys TV-nin ümumiyyətlə bağlanacağı bildirilir. Yayılan məlumata görə, təsisçi kanalın fəaliyyətini dayandırmasına qərar verib.


Maraqlıdır ki, bütün bu proseslər Vado Korovinin ailəsində xoş gün ərəfəsində baş verir. Belə ki, 10 aprel tarixində mediada yayılan məlumatda Korovinin qızının toyuna hazırlaşdığı bildirilmişdi.

Qeyd edilirdi ki, Korovinin qızı Zarinanın Əli adlı bəylə toy məclisi aprelin 18-də keçiriləcək. Baş verənlərin toy mərasiminə təsir edib-etmədiyi haqda məlumat yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO