Bayram günlərində ölkəmizdə baş verən qəzaların SAYI

Bayram günlərində ölkəmizdə baş verən qəzaların SAYI

Hazırda oxunan: Bayram günlərində ölkəmizdə baş verən qəzaların SAYI
604238
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ramazan və Novruz bayramları ilə əlaqədar 11 gün qeyri-iş günlərində respublika yollarında ölüm və xəsarətlə nəticələnən 29 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Dövlət Yol Polisi İdarəsi yayıb.

Bildirilib ki, paytaxt ərazisində baş verən qəzaların böyük əksəriyyəti piyadaların vurulması ilə bağlı olub.

Toqquşma və aşma ilə xarakterizə olunan hadisələr isə əsasən avtomagistrallarda və rayonlararası yollarda baş verib.
 

Aparılan müşahidələr göstərir ki, hadisələrin başvermə səbəbləri sırasında sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, sükan arxasında mobil telefondan istifadə, eləcə də piyadaların yolu keçərkən diqqətsiz davranışları üstünlük təşkil edir.


Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, yol hərəkətində təhlükəsizliyin təmin olunması hər bir iştirakçının qaydalara ciddi riayət etməsindən, diqqətli və məsuliyyətli davranışından asılıdır.

Qaydaların pozulması isə istənilən vaxt ağır nəticələrə səbəb ola bilər. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO