Azərbaycan XIN-dən islamofobiya ilə bağlı PAYLAŞIM - FOTO

Azərbaycan XIN-dən islamofobiya ilə bağlı PAYLAŞIM - FOTO

Hazırda oxunan: Azərbaycan XIN-dən islamofobiya ilə bağlı PAYLAŞIM - FOTO
601666
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İslamofobiya bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Naziriyinin X-dakı paylaşımında bildirilib.

"İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü münasibətilə biz mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc birgəyaşayışa sadiqliyimizi bir daha təsdiqləyirik.

 

İslamofobiya, insanların dini inanclarına görə ayrı-seçkiliyə məruz qalması və onlara qarşı nifrət insan ləyaqəti, bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır. Belə qərəzli yanaşmaların cəmiyyətlərimizdə yeri yoxdur.


İslam sülh, mərhəmət, ədalət və həmrəylik kimi dəyərlərə əsaslanır. İslamın yanlış təqdim olunması və ya damğalanması qəbuledilməzdir. Dözümsüzlüyün bütün formaları ilə mübarizə aparmaq inklüziv, dinc və dayanıqlı cəmiyyətlərin qurulması üçün vacib olaraq qalır”, - deyə paylaşımda vurğulanıb.

Azərbaycan XIN-dən islamofobiya ilə bağlı PAYLAŞIM - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO