Mənzillərə oğurluq üçün girən şəxs saxlanıldı - VİDEO

Mənzillərə oğurluq üçün girən şəxs saxlanıldı - VİDEO

Hazırda oxunan: Mənzillərə oğurluq üçün girən şəxs saxlanıldı - VİDEO
599921
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın Nərimanov, Nəsimi və Yasamal rayonlarında yaşayış binalarında mənzillərin qapılarını yoxlayan və boş evlərə oğurluq niyyəti ilə daxil olmağa cəhdlər barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı M.Xurşudov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs binalarda açıq qapı aşkar etdikdə evlərə daxil olaraq oğurluq etməyi planlaşdırıb.
 

Şübhəli şəxsin digər bir nəfərlə mənzillərin qapılarını yoxladığı, oğurluq niyyəti ilə etdiyi hərəkətlər, həmçinin onların mənzillərin giriş qapılarının fotoşəkillərini çəkmələri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.


Nərimanov Rayon Polis İdarəsində şübhəli şəxslə bağlı hüquqi məsuliyyət tədbirləri davam etdirilir. M.Xurşudovun digər analoji əməllərdə iştirak edib-etmədiyi yoxlanılır.

“Vətəndaşlara müraciət edərək bir daha tövsiyə edirik ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, yaşayış binalarının girişlərinə və bloklara naməlum şəxslərin daxil olmasına diqqət yetirsinlər, şəxsi əmlakın təhlükəsizliyinə ciddi yanaşsınlar. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polisə məlumat versinlər”, - deyə məlumatda vurğulanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO