Trampın qızı mini-libasda həyat yoldaşı ilə görüntüləndi

Trampın qızı mini-libasda həyat yoldaşı ilə görüntüləndi

Hazırda oxunan: Trampın qızı mini-libasda həyat yoldaşı ilə görüntüləndi
596347
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Instagram səhifəsində həyat yoldaşı, siyasətçi Cared Kuşnerlə nadir fotolarını paylaşıb.

Bizim.Media xəbər verir ki, İvanka Tramp izləyicilərini Sevgililər Günü münasibətilə təbrik edib və bayram münasibətilə həyat yoldaşı ilə birgə şəkillərini təqdim edib.
 

Fotolardan birində biznes-ledi qızılı mini-libas və brilyant üzükdə poz verib. O, saçlarını açıq və səliqəli formada düzərək makiyaj edib. Cared Kuşner isə qara futbolka, məxmər pencək və şalvarda görüntülənib.


“Sevgililər Gününüz mübarək, aşiq olanlar”, — deyə o, paylaşımını şərh edib.

Ötən həftə İvanka Tramp qardaşı Erik Tramp tərəfindən təsis edilmiş və Sent-Cud Uşaq Tədqiqat Xəstəxanasına dəstək göstərən Curetivity fondunun xeyriyyə tədbirində iştirak edib.

Biznes-ledi qapalı tədbir üçün anası İvanaya məxsus geyimi seçib — payetlərlə bəzədilmiş ağ mini-libas. Obrazını brilyant sırğalar, parlaq klatç və hündürdaban ayaqqabılarla tamamlayıb. Saçlarını topuz şəklində yığaraq axşam makiyajı edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO