Müəllimini güllələyən şagirdin “TikTok” paylaşımları ŞOK ETDİ - FOTO

Müəllimini güllələyən şagirdin “TikTok” paylaşımları ŞOK ETDİ - FOTO

Hazırda oxunan: Müəllimini güllələyən şagirdin “TikTok” paylaşımları ŞOK ETDİ - FOTO
595084
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhərindəki “İdrak” liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxıb.

Bizim.Media xəbər verir ki, şagirdin “TikTok” hesabındakı repostlar sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. 

Bildirilir ki, paylaşımlarda 2018-ci ildə Kerç şəhərində baş vermiş faciənin iştirakçısı Vladislav Roslyakovla bağlı məzmun üstünlük təşkil edir.

Repostların böyük hissəsinin məhz bu şəxsə həsr olunması şagirdin ona xüsusi maraq göstərdiyini deməyə əsas verir.

Xatırladaq ki, Vladislav Roslyakov 2018-ci ilin oktyabrında oxuduğu Kerç Politexnik Kollecində silahlı hücum törətmişdi. Həmin hadisə təhsil müəssisələrində baş verən ən ağır hücumlardan biri kimi qiymətləndirilir və sonradan “Kerç Kolumbaynı” adı ilə tanınıb. Araşdırmalara görə, bu olay ABŞ-da baş vermiş Kolumbayn məktəb hadisəsindən təsirlənərək həyata keçirilmişdi. (Musavat.com)

Müəllimini güllələyən şagirdin “TikTok” paylaşımları ŞOK ETDİ - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO