Metroda gedişhaqqını NFC ilə ödəyənlərin NƏZƏRİNƏ – 10 dəqiqə gözləməsəniz... – RƏSMİ

Metroda gedişhaqqını NFC ilə ödəyənlərin NƏZƏRİNƏ – 10 dəqiqə gözləməsəniz... – RƏSMİ

Hazırda oxunan: Metroda gedişhaqqını NFC ilə ödəyənlərin NƏZƏRİNƏ – 10 dəqiqə gözləməsəniz... – RƏSMİ
592988
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı metrosundan gündə yüzlərlə sərnişin istifadə edir. Sərnişinlər gediş haqqının daha sürətli və rahat yolla həm Bakıkart, həm NFC, həm də plastik bank kartları ilə edə bilirlər. Lakin sərnişinlər ödəmələrdə bəzi problemlərin yarandığından şikayətlənirlər.

Bunlar əsasən bir bank kartından bir neçə dəfə istifadəetmədə yaranan problem və ödənişin bank kartından həmin vaxt deyil, digər saatlarda çıxması ilə bağlıdır.

Plastik bank kartından istifadə edən sərnişin idddia edir ki, ikinci dəfə həmin bank kartından istifadə edə bilməyib. Metronun “Sahil” stansiyasında bu halla rastlaşan sərnişin turniketlərin işləmədiyini qeyd edib.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən vaxtda “Sahil” stansiyasında mövcud olan 12 ədəd turniketin hər hansı birinin  nasazlığı barədə qeydiyyat və ya şikayət daxil olmayıb.

Qeyd edilib ki, çətinliyin yaranmasına səbəb şəxsin istifadə etdiyi mobil telefon və bir turniketdən ikidən cox NFC keçidi edilməsi cəhdi ilə əlaqədardır. Hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO