Kiyevdə xəstəxanaya zərbə endirildi - Ölən və yaralananlar var - FOTO

Kiyevdə xəstəxanaya zərbə endirildi - Ölən və yaralananlar var - FOTO

Hazırda oxunan: Kiyevdə xəstəxanaya zərbə endirildi - Ölən və yaralananlar var - FOTO
588986
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 5-nə keçən gecə Kiyevə növbəti hücum həyata keçirilib, dağıntılar var, bir nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, Obolon rayonunda fəaliyyət göstərən stasionar şöbəsi olan dördmərtəbəli xəstəxana binasına zərbə endirilib.

Yanğın söndürülüb, bina yoxlanılarkən bir nəfərin meyiti aşkar edilib.
 

Xilasedicilər 25 nəfərin təxliyə edildiyini, üç nəfərin isə xəsarət aldığını bildiriblər. Hadisə yerində 50-yə yaxın xilasedici və 10 ədəd yanğın-xilasetmə texnikası çalışıb.


Gecə ərzində Ukrayna ərazisinə pilotsuz uçuş aparatları, ballistik və qanadlı raketlərdən ibarət hücumun həyata keçirildiyi qeyd olunur. Zərbələrin Kiyev və ətrafı, Çerniqov şəhəri, eləcə də Sumi, Çerkası, Poltava, Xarkov, Dnepropetrovsk və Jitomir vilayətlərində hərbi və enerji infrastrukturu obyektlərinə endirildiyi bildirilir.

Kiyevdə xəstəxanaya zərbə endirildi - Ölən və yaralananlar var - FOTO - foto 1
Kiyevdə xəstəxanaya zərbə endirildi - Ölən və yaralananlar var - FOTO - foto 2
Kiyevdə xəstəxanaya zərbə endirildi - Ölən və yaralananlar var - FOTO - foto 3
Kiyevdə xəstəxanaya zərbə endirildi - Ölən və yaralananlar var - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO