Ucarda AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO

Ucarda AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO

Hazırda oxunan: Ucarda AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO
588318
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Yuxarı Şilyan kəndində qeydə alınıb.

Qəza zamanı "VAZ 2106" və "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 31.12.2025-ci il saat 11:10 radələrində Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2 kişi, 1 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.


Onlara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travması, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən 1964-cü il təvəllüdlü (qadın) pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

1984-cü il və 1996-cı il təvəllüdlü şəxslərin (hər ikisi kişi) vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Ucarda AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO - foto 1
Ucarda AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO - foto 2
Ucarda AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO - foto 3

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO