Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi HƏBS OLUNDU

Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi HƏBS OLUNDU

Hazırda oxunan: Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi HƏBS OLUNDU
584805
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda metronun "Nərimanov" stansiyasında qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, 1979-cu il təvəllüdlü Neftçala rayon sakini Amil Babayev stansiya ərazisində qatarın içərisində Gürcüstan Respublikasının vətəndaşı Elmiraya (ad-soyadlar şərti verilib - red.) qarşı qeyri-əxlaqi hərəkətlər edib, onu narahat edib və ictimai qaydanı pozub.

Hadisəni törədən A.Babayev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

İş üzrə ifadə verən Babayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş isə ifadəsində təqsirləndirilənin metroda ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib:

"Əli ilə bədənimə toxundu. Birinci dəfə bunun təsadüfən olduğunu düşündüm, amma sonra bu hərəkətlərini təkrarladığını hiss elədim. Qışqıraraq niyə belə etdiyini soruşdum. O, stansiyada qatardan düşərək uzaqlaşmağa çalışdı. Mən də polis əməkdaşına şikayət elədim".

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Babayev 15 gün müddətinə inzibati qaydada həbs edilib. (Teleqraf.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO