Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

Hazırda oxunan: Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı
582787
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Az yağ nisbəti, yüksək qida dəyəri və asan həzm olunması ilə diqqət çəkən keçi əti mütəxəssislərə görə ən sağlam ət seçimlərindən biridir.

Bizim.Media xəbər verir ki, Araşdırmalar göstərir ki keçi əti protein, dəmir və B12 vitamini baxımından digər ət növlərini geridə qoyur.

Keçi əti qırmızı ətlər arasında ən aşağı yağ nisbətinə malikdir.

Bu göstərici xüsusilə ürək sağlamlığı üçün vacib sayılır. Aşağı kalorili olması isə çəki idarə edənlərin keçi ətini seçməsinə səbəb olur.

İngiltərədən olan qidalanma mütəxəssisi Dr. Matthew Smith bildirir ki, keçi əti lif strukturu sayəsində digər qırmızı ətlərdən daha rahat həzm olunur. O qeyd edir ki keçi əti protein baxımından yüngül, mədəyə daha az yük verir. Dəmir və B12 vitamini ilə zəngin olması immunitet və enerji üçün əlavə üstünlük yaradır.

Elmi araşdırmalara görə keçi əti yüksək keyfiyyətli protein, dəmir, sink, B12 vitamini və selenyum baxımından zəngindir. Bu xüsusiyyətləri sayəsində əzələ inkişafından immunitet sisteminin güclənməsinə qədər bir çox sahədə faydalıdır.

Məlum olub ki, keçi əti bəzi allergik reaksiyalar üçün digər ət növlərinə nisbətən daha az risk daşıyır. Dana və ya qoyun ətinə qarşı həssaslığı olan insanlar keçi ətini rahatlıqla qəbul edə bilir.

Qeyd edək ki, keçi əti sağlam xüsusiyyətlərinə baxmayaraq düzgün bişirilməlidir. Yağ nisbəti aşağı olduğu üçün çox bişirilən ət sərtləşir. Buna görə aşağı temperaturda, uzun müddət hazırlanması tövsiyə olunur. (Milli.Az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO