Baş nazirin birinci müavini istefa ərizəsi yazdı – FOTO

Baş nazirin birinci müavini istefa ərizəsi yazdı – FOTO

Hazırda oxunan: Baş nazirin birinci müavini istefa ərizəsi yazdı – FOTO
581032
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev istefa ərizəsi yazıb.

Bizim.Media "Yeni Sabah.az"a istinadən xəbər verir ki, o, noyabrın əvvəlində vəzifədən azad olunması üçün rəhbərliyə müraciət edib.

Hələlik E.Əliyevin ərizəsi qəbul olunmayıb. Bunun əsas səbəbi isə hazırda onun Naxçıvan Muxtar Respublikasının Baş nazirinin səlahiyyətlərini icra etməsidir.

Muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov noyabrın 12-də Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyinat alıb.
 

Naxçıvan Nazirlər Kabinetinin rəhbərliyində isə iki şəxs təmsil olunur: Baş nazir və onun birinci müavini. Hazırda quruma Elşad Əliyev rəhbərlik edir. Muxtar respublikaya yeni Baş nazir təyin olunduqdan sonra onun istefa ərizəsinin qəbul olunacağı gözlənilir.


Qeyd edək ki, noyabrın 12-də Elşad Əliyevin 65 yaşı tamam olub. Onun istefa ərizəsi yazması da dövlət qulluğunda xidmətin son yaş həddinə çatması ilə bağlıdır.

Xatırladaq ki, Elşad Məmmədqulu oğlu Əliyev 1960-cı ildə anadan olub. 2002-2013-cü illərdə Naxçıvan Muxtar Respublikası Ordubad rayon İcra Hakimiyyətinin başçısı, 2013-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifələrində işləyib. 2018-ci ildə muxtar respublika Baş nazirinin birinci müavini təyin olunub. Bununla bağlı sərəncamı Naxçıvan Ali Məclisinin o zamankı sədri Vasif Talıbov imzalayıb.

Baş nazirin birinci müavini istefa ərizəsi yazdı – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO