"Şamaxinka"dan Biləcəriyə qədər xüsusi hərəkət zolağı təşkil edildi – FOTO

"Şamaxinka"dan Biləcəriyə qədər xüsusi hərəkət zolağı təşkil edildi – FOTO

Hazırda oxunan: "Şamaxinka"dan Biləcəriyə qədər xüsusi hərəkət zolağı təşkil edildi – FOTO
580168
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində xüsusi hərəkət zolağı yaradılaraq mövcud zolaqla birləşdirilib.

Bu barədə Bizim.Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, buna qədər həmin hissədə mütəmadi olaraq sıxlıq müşahidə olunurdu.
 

Müntəzəm marşrut avtobusları metronun "20 Yanvar" stansiyası istiqamətindən "Şamaxinka" adlanan yol sahəsinədək zolaqla fasiləsiz hərəkət etsə də, Şamaxinkadan Biləcəriyə qədər olan hissədə avtobus zolağı mövcud deyildi. Bu səbəbdən ciddi ləngimə yaranırdı və səyahət müddəti artırdı.


Məlumatda bildirilir ki, sözügedən yol sahəsindən gündəlik 90 000-dən çox sərnişin daşınacaq.

Xüsusi hərəkət zolağı sayəsində yeni istifadəyə verilən 18 metrlik iritutumlu 500 nömrəli avtobusların rahat və fasiləsiz hərəkəti təmin ediləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO