Şəhidin büstü üzərindəki güllər oğurlandı – VİDEO

Şəhidin büstü üzərindəki güllər oğurlandı – VİDEO

Hazırda oxunan: Şəhidin büstü üzərindəki güllər oğurlandı – VİDEO
576798
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətən müharibəsi şəhidi, kapitan Həmid Cəfərlinin yaşadığı evin qarşısında büstü üzərindəki güllər oğurlanıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, bir neçə dəfə təkrarlanan hadisədən sonra ailə təhlükəsizlik kamerası quraşdırıb.

Nəticədə görüntülərdən gülləri aparan şəxsin təxminən 65-70 yaşlı qadın olduğu müəyyən edilib.

Şəhidin ailəsi həmin qadından şikayətçi olmayıb.

Sözügedən hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, kapitan Həmid Kərim oğlu Cəfərli 5 oktyabr 2020-ci ildə Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən qeyri-bərabər döyüşlərdə qəhrəmancasına şəhid olub.

O, Hərbi Memorial Məzarlıqda dəfn olunub.

Ölümündən sonra Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO