Bu kəndə köçən hər kəs hər ay maaş alacaq

Bu kəndə köçən hər kəs hər ay maaş alacaq

Hazırda oxunan: Bu kəndə köçən hər kəs hər ay maaş alacaq
574819
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniya kəndlərdə demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədilə sahibkarlar və ailələr üçün cəlbedici imkanlar yaradır.

Bizim.Media xəbər verir ki, bu məqsədlə ölkənin müxtəlif bölgələrində tətbiq edilən yerli təşviq proqramları uzaqdan işləyənlərə həm nağd qrantlar, həm də aylıq ödənişlər təqdim edilir. Məqsəd xüsusilə əhalisi azalan kəndlərdə iqtisadi fəallığı artırmaq və bölgələrin dirçəlişinə töhfə verməkdir.

Kənd təsərrüfatının inkişafında önəmli rol oynayan Ekstremadura əyalətində uzaqdan işləyənlərə 15 min avroya qədər qarşılıqsız yardım göstərilir. Bu təşviqdən yararlanmaq istəyənlər ən azı iki il həmin bölgədə yaşamağa razı olmalıdırlar.
 

Proqram həm rəqəmsal mühitdə çalışanlar, həm də yeni biznes qurmaq istəyən sahibkarlar üçün böyük fürsət sayılır.


İspaniyanın şimal-qərbindəki Ponga qəsəbəsi də əhali artımını stimullaşdırmaq məqsədilə maraqlı təşəbbüs həyata keçirir. Qəsəbəyə köçənlərə təxminən 2 600 funt sterlinq (təxminən 2 970 avro) ödəniş verilir, bölgədə doğulan hər bir körpə üçün isə əlavə qrant ayrılır.
 

Bu yolla yerli əhalinin gəncləşdirilməsi və kənd həyatının yenidən canlandırılması hədəflənir.


Qalisya bölgəsindəki Rubia kəndi isə xüsusilə uşaqlı ailələrə yönəlib. Yerli məktəblərin fəaliyyətini qorumaq məqsədilə ailələrə hər ay 150 avro məbləğində ödəniş edilir.

Bu təşəbbüs həm təhsil müəssisələrinin bağlanmasının qarşısını almaq, həm də bölgədə həyatın davamlılığını təmin etmək məqsədi daşıyır.
 

Yerli qrantlarla yanaşı, İspaniyanın “rəqəmsal işçi vizası” da bu təşəbbüsləri dəstəkləyir.


Bu viza uzaqdan işləyənlərə və sahibkarlara ölkədə uzunmüddətli və qanuni şəkildə yaşamaq imkanı yaradır. Bundan əlavə, yeni yaradılan şirkətlər üçün gəlir vergisində endirim tətbiq olunur. Bütün bu addımlar İspaniyanı Avropanın ən cəlbedici istiqamətlərindən birinə çevirir. (News24.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO