İranlı nazir Azərbaycanla müştərək layihələr barədə danışdı: “Ümid edirəm ki...”

İranlı nazir Azərbaycanla müştərək layihələr barədə danışdı: “Ümid edirəm ki...”

Hazırda oxunan: İranlı nazir Azərbaycanla müştərək layihələr barədə danışdı: “Ümid edirəm ki...”
57070
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İran dövləti və İran xalqı adından şəxsən Sizə, Azərbaycan dövlətinə, Azərbaycan xalqına ərazilərin geri qaytarılmasında əldə etdiyiniz uğurlar və bu müharibədə qazandığınız Qələbə münasibətilə təbrik çatdırıram. Qeyd etdiyiniz kimi, Sizinlə Prezident Rəisi arasında keçirilən görüş iki ölkə münasibətlərində yeni bir səhifə yaradacaq”.

Bizim.Media xəbər verir ki, bunu İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də videoformatda görüşərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev iranlı nazirə: “Ermənistandan müsbət xəbərlər alırıq”


“Biz dünən azad edilmiş əraziləri gördük, orada aparılan quruculuq və yenidənqurma işləri ilə yerində tanış olduq. Ümid edirəm ki, bu gün Şahin Mustafayevlə və eləcə də Azərbaycan Respublikasının digər nazirləri ilə keçirəcəyim görüşlərdə iki ölkə arasındakı əlaqələr və müştərək layihələr barədə bir daha fikir mübadiləsi aparacağıq”, deyə o, qeyd edib. 

Nazir bildirib ki, 13-cü hökumət, yəni, İbrahim Rəisinin prezidentliyi dövründə İran dövləti bütün qonşu ölkələrlə, xüsusilə də mədəni, tarixi və ictimai bağları daha çox olan Azərbaycan dövləti və xalqı ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO