Azərbaycan Prezidenti iranlı nazirə erməni vəhşiliyini xatırlatdı: “Bunu öz gözlərinizlə görmüsünüz”

Azərbaycan Prezidenti iranlı nazirə erməni vəhşiliyini xatırlatdı: “Bunu öz gözlərinizlə görmüsünüz”

Hazırda oxunan: Azərbaycan Prezidenti iranlı nazirə erməni vəhşiliyini xatırlatdı: “Bunu öz gözlərinizlə görmüsünüz”
57063
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

“İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi. İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik. Siz dünən öz gözlərinizlə azad edilmiş torpaqlarda olan dağıntıları görmüsünüz.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev iranlı nazirlə "3+3" formatından danışdı


İşğal dövründə Ermənistan bütün bizim şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib. Ona görə bu böyük ərazidə - 10 min kvadrat kilometrdən böyük olan ərazidə indi quruculuq işlərinə start verildi. Amma gördüyünüz kimi bu çox genişmiqyaslı bir işdir.

Yüzlərlə şəhər və kənd demək olar ki, yer üzündən silinib. Bərpa işlərinə start verildi və ümid edirəm ki, İran şirkətləri bu işlərdə fəal iştirak edəcək”, - dövlət başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO